-
- 8-02-2022, 15:57
- 533
"Rusiya bu günlə, Qərb isə sabahla təhdid edir" -ŞƏRH
Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında 5 saatdan çox çəkən görüş öz gerçək mahiyyətindən daha çox söhbət masasının uzunluğu və tərəflərin aşırı məsafəli oturması ilə diqqət çəkdi.
Ciddi gözləntilərin olmadığına eyham vurulan bu məqamla yadda qalan görüş tərəflərə nə verdi? Ümumiyyətlə, az qala zarafat mövzusuna dönən uzun masa ilə Kreml nə demək istəyirdi?
Bu haqda fikirlərini News24.az-la bölüşən politoloq Elçin Mirzəbəylinin fikrincə, Putin-Makron görüşü ilə bağlı Qərb və Rusiya mediasının yaydığı məlumatlar arasında ziddiyyətlər həddindən artıq çoxdur və bu məlumatlar bir-birini təkzib edir:
“Belə olduğu təqdirdə Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun “görüşdə heç bir nəticə əldə edilməyib” deməsi, həm də bunun Fransanın NATO-da söz sahibi olmaması ilə əlaqələndirilməsi, rəsmi Moskvanın Emmanuel Makronun cəhdlərinə qeyri-ciddi yanaşdığını göstərir. Şübhəsiz ki, Peskov NATO-da söz sahibinin ABŞ olduğunu və real danışıqların da məhz Vaşinqtonla Moskva arasında aparılmasının vacibliyini diqqətə çatdırır. Qeyd edib ki, Qərb mətbuatı görüşdən sonra yaydıqları məlumatda Putininlə Makronun nəhəng masa arxasında bir araya gəlmələrini “bir-birindən narazı iki kişinin söhbəti” kimi qiymətləndiriblər”.
Politoloqun sözlərinə görə, masaya gəldikdə, ola bilsin ki, bununla Putinlə Makron arasındakı məsafənin böyüklüyünə işarə edilib: “Daha dəqiqi, Moskva öncədən heç bir razılaşmanın olmayacağına, mövqelərin bir-birindən kifayət qədər uzaq olduğuna işarə edir. Yaxud Peskovun dediyi kimi, Fransa prezidentinin diqqətinə çatdırmaq istəyirlər ki, “sən get, söz sahibi gəlsin”. Təbii ki, bütün bunlar ehtimallardır. Amma yaranmış mənzərə onu göstərir ki, rəsmi Moskva hələlik əsəb müharibəsini davam etdirmək niyyətindədir. Hətta Rusiya rəsmiləri nüvə arsenalı ilə bağlı müqavilənin hazır olduğunu bildirsələr də. Mahiyyyət etibarilə, Rusiya bununla anlaşılması mümkün olan məsələlərə diqqət çəkilməsini istəyir. Nüvə arsenalı ilə bağlı məslənin Ukrayna ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Son nəticədə Ukraynaya qarşı nüvə silahının tətbiqindən söhbət belə gedə bilməz. Bu detalları ona görə xatırlatmaq istəyirəm ki, Kreml Qərbi öz ritorikasına tabe etdirmək istəyir. Əks tərəf isə hələ də sanksiyaların dəhşətli olacağından danışır. Rusiya bu günlə, Qərb isə sabahla təhdid edir və ona görə də ortalıqda tərəflərin birində mövqe dəyişikliyinə səbəb ola biləcək nəticə yoxdur”.