Tanınmış vəkil vəfat etdi
    • 8-02-2022, 16:56
    • 495

Tanınmış vəkil vəfat etdi

Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun müdiri Eleonora Rəcəbova vəfat edib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Cabbar Bayramov feysbuk səhifəsində yazıb.

E. Rəcəbova bu gün 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəcəbova Eleonora Viktorovna 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib. O, 2018-ci ildə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülüb.

E.Rəcəbova Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbovun nənəsidir.