Vəkil məhkəmə zalında həbs olundu  -6il hökm oxundu
    • 19-07-2019, 20:31
    • 1 174

Vəkil məhkəmə zalında həbs olundu  -6il hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində baş prokurorun keçmiş müavini, dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərova hökm oxunub.


News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib və istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib. 


Qeyd edək ki, M.Cəfərov 1992-ci ildə baş prokurorun müavini olub. Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov hazırda 13 saylı Vəkil Bürosunda fəaliyyətini davam etdirir.


Zərərçəkmiş R.Yusifovun atası Rəhman Yusifov isə 2008-ci ilədək Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, həbs edilərkən isə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin müdiri olub.