Polis Qubada narkotik dövriyyəsinə qarşı əməliyyat keçirdi - FOTO
    • 9-02-2022, 10:33
    • 369

Polis Qubada narkotik dövriyyəsinə qarşı əməliyyat keçirdi - FOTO

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən News24.az-a məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mirzə Vəliyev saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana, 4 ədəd kibrit qutularında kannabis bitkisinin toxumları  və 12 ədəd güclü təsirediciliyə malik  maddə  aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib.