Tanışını bıçaqlayıb öldürdü
    • 9-02-2022, 12:25
    • 442

Tanışını bıçaqlayıb öldürdü

Fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakin 1977-ci il təvəllüdlü Nazim Məmmədov şəhərin 18-ci mikrorayon ərazisində öldürülüb.

Prokurorluqdan News24.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.