Kürdəmirdə qardaş bacısını bıçaqlayıb öldürdü
    • 16-09-2021, 11:21
    • 662

Kürdəmirdə qardaş bacısını bıçaqlayıb öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.