Loboda koronavirusa yoluxdu
    • 9-02-2022, 17:10
    • 1 496

Loboda koronavirusa yoluxdu

Rusiya və Ukraynanın pop ulduzu Svetlana Loboda COVID-19-a yoluxub.

News24.az Olay-a istinadən xəbər verir ki, bu barədə müğənni instaqram sosial şəbəkəsində yazıb. O, hesabında müsbət test nəticəsini göstərən foto paylaşıb. 

Müğənni koronavirus infeksiyası ilə əlaqədar Minsk konsertini martın 4-nə təxirə salaraq müalicə olunacağını qeyd edib. 

Qeyd edək ki, S. Lobodanın Belarusun paytaxtında konserti fevralın 12-nə planlaşdırılmışdı.