Səlcuq Bayraktar Hərbi Qənimətlər Parkında - FOTOLAR
    • 9-02-2022, 18:50
    • 449

Səlcuq Bayraktar Hərbi Qənimətlər Parkında - FOTOLAR

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

News24.az xəbər verir ki, o, ziyarəti ilə bağlı “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Qarabağ müharibəsi zamanı ələ keçirilən hərbi texnikaların sərgiləndiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə görə Rəbbimizə şükürlər olsun!"