Türkiyədə yeni PUA-nı kütləvi istehsalına başlandı
    • 19-05-2021, 18:05
    • 678

Türkiyədə yeni PUA-nı kütləvi istehsalına başlandı

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar “AKINCI S-1” yeni pilotsuz uçuş aparatının sınaq uçuşunu həyata keçirdiyini bildirib. 

News24.az xəbər verir ki, bu barədə "Twitter" hesabında məlumat paylaşan S.Bayraktar uçuşun uğurlu olduğunu, “AKINCI S-1”in kütləvi istehsalına başlandığını bildirib.