Yevlaxda arvadını ödürən ər saxlanıldı
    • 10-02-2022, 10:21
    • 262

Yevlaxda arvadını ödürən ər saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinə fevralın 9-da saat 6 radələrində Hacıselli kəndində yaşayan əvvəllər məhkum olunmuş M.Qarayevin evində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə yetirməsi, qonşusu İ.Qarayevə isə xəsarət yetirərək hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İ.Qarayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən M.Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.