Sumqayıtda keçmiş məhkumun qətli barədə məlumat yaydı
    • 10-02-2022, 10:31
    • 397

Sumqayıtda keçmiş məhkumun qətli barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda dünən baş verən qətl barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə fevralın 9-da saat 10 radələrində 18-ci mikrorayon ev 1-in qarşısında orada yaşayan, əvvəllər məhkum olunmuş 45 yaşlı Nazim Məmmədovun üzərində bıçaq xəsarətləri olan meyitinin tapılması barədə məlumat daxil olub. Şəhərin polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.