""Omikron"la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur" - Nazir
    • 10-02-2022, 13:01
    • 506

""Omikron"la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur" - Nazir

"Azərbaycanda koranavirusla bağlı vəziyyət tam nəzarət altındadır. Virusa yoluxanların müalicəsində heç bir problem yoxdur. "Omikron"la bərabər "Delta" ştamına yoluxmalar da var. Hazırda "Omikron"la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur". 

News24.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. O qeyd edib ki, son günlər COVİD-19-a yoluxma kəskin artıb. Bu isə ştamın daha yoluxucu olması ilə bağlıdır: "Verilən qərarlar, xüsusi karantin rejiminin sərtləşdirilməsi, yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır".

Nazir bildirib ki, hazırda xəstəxanalardakı ümumi çarpayı fondunun yalnız 20 faizi, reanimasiya fondunun isə 10 faizi istifadə edilir.

T.Musayev həmçinin "Omikron"a yoluxanların xəstəliyi yüngül keçirirdiyini, lakin vaksinasiya olunmayanlarda fəsadlar törədə biləcəyini də vurğulayıb. O bildirib ki, bir neçə insan artıq reanimasiyaya yerləşdirilib.