-
- 10-02-2022, 14:50
- 705
Qayınanasını öldürdüyünü etiraf etmişdi, qətlin üstü açıldı
Xəbər verildiyi kimi, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, F.İbrahimovanı gəlini Əfsanə Cəfərovanın əmisi oğlu 1992-ci il təvəllüdlü, Yevlax rayonunun Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlu qətlə yetirib.
Belə ki, 2020-ci il fevralın 22-də saat 01 radələrində S.Cəfərov əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə cinayəti törədib. Buna görə də onların münasibətindən xəbərdar olan Əfsanənin qayınanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum edib.
Seymur Cəfərov bu il fevralın 8-də Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.