Azərbaycanda ŞOK HADİSƏ - Anasını boğub öldürübmüş
    • 10-02-2022, 14:56
    • 484

Azərbaycanda ŞOK HADİSƏ - Anasını boğub öldürübmüş

Azərbaycanda 11 il öncə törədilən qətlin üstü açılıb.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.

Elvin Dadaşov dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib və meyiti basdırdığı yeri göstərib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılıb və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanan cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.