-
- 10-02-2022, 15:12
- 392
DİN qəbiristanlıqda döyülən yeniyetmə ilə bağlı araşdırma aparır
Daxili İşlər Nazirliyi Bakıda itkin düşən, sonradan tapılan yeniyetmə ilə bağlı araşdırma aparır.
Nazirliyin mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonunda baş verən hadisə ilə bağlı məlumatlıdırlar.
Qeyd edilib ki, fakt nəzarətə götürülüb: "Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq”.
Qeyd edək ki, Qaradağ rayon ərazisində 15 yaşlı Qəhrəmanov Murad Azər oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bir müddət sonra yeniyetmənin evə geri qayıtdığı bildirilib. Məlumata görə, M. Qəhrəmanov evə qan içində gəlib. O, yaxınlarına hazırlığa gedəndə 3 nəfər tərəfindən maşına mindirildiyini və qəbiristanlıqda döyüldüyünü deyib.