Bakının bu ərazilərində su olmayacaq
    • 10-02-2022, 18:07
    • 268

Bakının bu ərazilərində su olmayacaq

10 fevral tarixində axşam saatlarında Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən News24.az-a verilən məlumata görə, bu magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədardır.

Hazırda təmir-bərpa işləri davam etdirilir.