Kürdəmirdə magistral su kəmərində qəza baş verib
    • 7-06-2021, 18:44
    • 429

Kürdəmirdə magistral su kəmərində qəza baş verib

Kürdəmir şəhərinə və bəzi kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-dən News24.az-a verilən məlumata görə, Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.