Sözlü adamların sözsüz söhbəti - VİDEO
    • 11-02-2022, 18:46
    • 975

Sözlü adamların sözsüz söhbəti - VİDEO

Onların öz dili var. Sözə, kəlməyə ehtiyac diymadan hər kəsə ürəyindəkiləri, düşündüklərini anlada bilirlər. Bir jest, bir mimika, bir plastika  yetir ki, bir dünyalıq mətləbdən söz açsınlar. Cəmiyyətdə, dünyada baş verənləri, ən böyük eşq romanını, ən unudulmaz nağılı, ən baməzə tarixçəni və ən böyük faciəni anlatsınlar. İzləyicisini, tamaşaçısını ağlatsınlar, güldürsünlər, düşündürsünlər...

Söhbət Azərbaycan Pantomima Teatrı və onun yaradıcı heyətindən gedir.

News24.az dünən onların qonağı olub. Teatrdakı məşq prosesini lentə alıb, sözsüz danışan sözlü adamlarla həmsöhbət olub.