-
- 1-12-2018, 16:27
- 1 123
Azərbaycan dizayneri moda dünyasını fəth edir - FOTO
“Affair” moda brendinə öncüllük edən Azərbaycan dizayneri Rüfət İsmayıl moda dünyasını fəth etməkdə davam edir.
Artıq dünya superulduzları Beyonse, Cey Lo, Avril Lavin və Loren Youregi azərbaycanlı dizaynerin hazırladığı geyimlərdə səhnəyə çıxıblar. Bu günlərdə isə populyar amerikan rəqqasəsi Leksi Pantera Rüfət İsmayılın yeni kolleksiyasına müraciət edib.
R. İsmayıl ötən həftə “Fashion TV” televiziya kanalının Buxarestdə təşkil etdiyi “Fashion Spring” festivalında da iştirak edib. Burada azərbaycanlı dizaynerə 2018-ci ildə Avropanın ən yaxşı dizayneri mükafatı təqdim olunub, həmçinin onun “Obsession” adlı 2018/19 payız-qış mövsümü kolleksiyası təqdim edilib.
Qeyd edək ki, Türkiyə Moda Dizaynerləri Assosiasiyası modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri – 2018” mükafatına layiq görüb.
//AZƏRTAC