Dünya şöhrətli azərbaycanlı dizayner: Heç vaxt Kim Kardaşyana geyim tikmərəm
    • 29-01-2020, 00:24
    • 1 483

Dünya şöhrətli azərbaycanlı dizayner: Heç vaxt Kim Kardaşyana geyim tikmərəm

Heç vaxt Kim Kardaşyana geyim tikmərəm.  


News24.az xəbər verir ki, bu sözləri dünya şöhrətli dizayner və modelyer Rüfət İsmayıl “Youtube”da yayımlanan “Selim Akar sorarsa” proqramında deyib.  


Selimin “Hansı məşhura heç vaxt geyim tikməzsiniz?” sualına dizaynerin reaksiyası sərt olub:  


“Kim Kardaşyan sosial mediya hesabında “qondarma erməni soyqırımı”nın fotosunu paylaşmışdı. Hamı bilir ki, Kimin geyim markası var. Geyimlərin tikilib, hazırlanmasını isə Türkiyədə gerçəkləşdirmək istəyir. Bu isə Ermənistanda böyük etirazlarla qarşılandı. Etirazçılar “türklər bizim qatilimizdir. Tükiyədə geyimləri tikib, hazırlaya bilməzsən” kimi şüarlar səsləndirdilər. Kardaşyanın markası geyimləri üçqat baha qiymətə Ermənistanın paytaxtı Yerevan şəhərində tikdirib, bazara buraxır. O dərəcədə millətçi olan bir qadına qarşı mən də millətçi olaram. Ona heç zaman geyim tikmərəm. Ermənilərin soyqırımını kim dəstəkləyirsə, onlara geyim tikmərəm.  


Müştəri gələndə, onun haradan olduğunu soruşmuram. Müştəri gələndə “hansı libası geyinmək istədiyini və hara getdiyini” soruşuram. Amma burada söhbət Kim Kardaşyandan gedir. Onun bu soyqırımı dəstəkləməsi, türkləri və azərbaycanlıları qatil kimi dünyaya göstərməsinə göz yuma bilmərəm. Kardaşyanın sosial media hesabında milyonlarla izləyicisi var. Həqiqəti əks etdirməyən paylaşımları ilə çaşqınlıq yaradır.  

Fikrimcə, nə modanın, nə idmanın, nə də ki, incəsənətin milliyyəti yoxdur. Uydurma soyqırımı əlində bayraq edib, türk və azərbaycanlılara qatil deyən insanlara, yenə təkrarlıyıram, heç zaman geyim tikmərəm”.  


Qeyd edək ki, Rüfət İsmayıl ilk və yeganə azərbaycanlı dizaynerdir ki, kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi mötəbər podiumlarında nümayiş etdirilib.  

“FashionTV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.  


Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Rüfət İsmayıl 2019-cu ildə “Men’s Health” kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşüb. 
/Oxuaz/