Narkotikin təsiri altında maşın sürən şəxs 5 günlük HƏBS EDİLDİ
    • 12-02-2022, 12:26
    • 454

Narkotikin təsiri altında maşın sürən şəxs 5 günlük HƏBS EDİLDİ

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 10-da Sumqayıt şəhər sakini Vüqar Hümbətəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə onun barəsində protokol tərtib olunub.

Abşeron rayon məhkəməsinin qərarı ilə V.Hümbətəliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs edilib.