Gəncədə şirkət əməkdaşını TOK VURUB ÖLDÜRDÜ
    • 12-02-2022, 12:32
    • 449

Gəncədə şirkət əməkdaşını TOK VURUB ÖLDÜRDÜ

Gəncədə şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə News24.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən, 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulan küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.