Bəzi yollarda dumana görə görünüş məsafəsi məhdudlaşacaq
    • 12-02-2022, 15:54
    • 631

Bəzi yollarda dumana görə görünüş məsafəsi məhdudlaşacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti avtomobil yollarında olan vəziyyəti açıqlayıb.

News24.az
xəbər verir ki, xidmətin məlumatında bildirilib ki, fevral ayının 13-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Qusar-Xudat, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.