-
- 14-02-2022, 16:28
- 831
Azərbaycanda 13 yaşlı oğlanın başına oyun açdılar – Evdəki bütün pul və qızılları oğurlayıb gətirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı yeniyetmə oğlanı hədələyərək ondna külli miqdarda pul və qızıl almış Goranboy rayonu Yolqullar kənd sakini, 1998-ci il təvəllüdlü Elcan Xəlilov barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az məlumatına görə, məhkəmə prosesində məlum olub ki, E.Xəlilovun qorxudaraq 11390 manat dəyərində dollar və qızıl aldığı 13 yaşlı Qədir Bədirov (şərti ad-soyadlı) onun qonşusudur.
Belə ki, ötən ilin iyun ayında 2008-ci il təvəllüdlü Qədir qonşusuna ona PUBG oyunu oynamaq üçün kartına pul yükləməsini xahiş edib. Bu zaman Elcan yeniyetmə oğlanın göndərdiyi kartın balansına 450 manat pul yükləyib. Bundan sonra isə o, Qədirə verdiyi 450 manatın üstünə 15 min manat faiz gəldiyini, polislərin onu axtardığını, həbs ediləcəyini yalandan deyərək uşağı qorxutmağa başlayıb. Beləliklə o, özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yüklədiyi 450 manatın faizinin artaraq 15000 manat olmasını bildirib, xeyli miqdar təşkil edən həmin məbləği ödəməsini tələb edərək, ödəməyəcəyi təqdirdə polis orqanlarına şikayət edəcəyi, eyni zamanda onun qumar oynaması barədə valideyinlərinə, kənd sakinlərinə bildirməklə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək, 20 iyun 2021-ci il tarixdə saat 13 radələrində yaşadıqları Goranboy rayonu Yolqullar kəndində yerləşən parkda həmin dövrün məzənnəsi ilə 8500 manat dəyərində 5000 ABŞ dolları, həmçinin 05 iyul 2021-ci il tarixdə saat 10 radələrində yaşadıqları kəndin yaxınlığında yerləşən əkin sahəsində 500 manat, 08 iyul 2021-ci il tarixdə saat 11 radələrində həmin yerdə 200 manat, 11 iyul 2021- ci il tarixdə saat 12 radələrində həmin yerdə 200 manat pulunu, 25 avqust 2021-ci il tarixdə saat 16 radələrində həmin yerdə bir ədəd 680 manat dəyərində 8 qram çəkidə 583 əyarlı qızıl klonu, bir ədəd 255 manat dəyərində 3 qram çəkidə fiolet qaşlı 583 əyarlı qızıl qadın nişan üzüyünü, bir ədəd 255 manat dəyərində 3 qram çəkidə, paxlava formalı, sadə qaşlı 583 əyarlı qızıl qadın nişan üzüyünü, habelə 28 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadıqları kənddə yerləşən parkda 800 manat pulunu, ümumilikdə 11390 manat dəyərindəki əmlakı hədə-qorxu ilə tələb edərək ələ keçirib.
Məlum olub ki, yeniyetmə evdə valideynlərindən xəbərsiz atasının saxladığı 5 min dolları servantdan oğurlayaraq Elcana verib. Daha sonra isə anasının qızıllarını hissə-hissə gizli götürərək qonşuya verib. Elcan isə hər dəfə ona gətirdiyi pulun və qızılların az olduğunu, faizi ödəmədiyini deyərək qorxudurmuş və uşağın həyəcan keçirməsindən, çox qorxmasından istifadə edərək daha çox tələb edirmiş.
Nəhayət ötən il avqustun 28-də Elcanın əməlinin üstü açılıb və həbs edilib.
Məhkəmə prosesində zərərçəkən tərəf Elcanın ailəsi tərəfindən dəymiş ziyanın tam ödənildiyi, onun aldığı pul və qızılların qaytarıldığını bildirib və şikayətlərinin olmadığını deyiblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses fevralın 2-də başa çatıb. Məhkəmənin hökmü ilə Elcan Xəlilov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasını ümumi rejimli müəssiədə çəkməyə hökm edilib.