Qanunsuz ov edən şəxslər cəzalandırıldı
    • 15-02-2022, 15:30
    • 397

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Korçay Dövlət Təbiət Yasaqlığının ərazisində ov edən şəxslər saxlanılıb.

News24.az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin Gəncə şəhər sakinləri İlkin Əsgərov və İsmayıl Abbasov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.