-
- 15-02-2022, 17:49
- 1 354
Akademiyanın rəhbəri kim olsun? – “Bu şəxs seçilsə, ədalətli olar"
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa verib. AMEA prezidentinin Ramiz Mehdiyevin istefasından sonra gündəmi bir sual zəbt edib: “Mehdiyevin yerinə kim gələcək, yaxud da kimin gəlməsi daha doğrudur?”
News24.az bu sualla alimlərə üz tutub.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı sualımızı belə cavablayıb: “AMEA –nın prezidenti həqiqi və müxbir üzvlərin iştirak etdiyi ümumi yığıncaqda seçilir. Səsvermədə yalnız həqiqi üzvlər iştirak edirlər. Səhv etmirəmsə, AMEA-nın 60 həqiqi, 90 müxbir üzvü var. Bu məsələ mənim səlahiyyətimdə olmadığı üçün bir söz söyləyə bilmirəm. Yeni kim gələcəksə, uğurlar arzulayıram və ümid edirəm ki, orada mühit sağlamlaşacaq”.
AMEA prezidentinin müşaviri, akademik Möhsün Nağısoylu da R.Mehdiyevin yerinə kimin gələcəyini bilmədiyini deyib: “Oadamın kim olacağını deyə bilmərəm. Mənim üçün bunu demək çətindir”.
Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli AMEA-da qurulacaq sistemin seçiləcək şəxsdən çox önəmli olduğunu deyib: “Azərbaycanın ictimai həyatına, düşüncəsinə çox böyük zərbələr vuran Ramiz Mehdiyevin istefası məsələnin yaxşı tərəfidir. Doğrudur, Mehdiyev kimi birini yenidən seçsələr, Əli aşı ilə Vəli aşının fərqi olmayacaq. Ancaq məncə, AMEA-nın hansı idarəçilik sistemi üzərində qalması daha çox önəmlidir. O posta layiqli çox adam var. Yəni, doğrudanmı bir nəfər yerində oturub hamını idarə edəcək, doğrudanmı yenə yalançı, bisavad akademiklər seçiləcək, bunlar ciddi məsələlərdir... Önəmli olan akademiyanın elm yolunu düzgün seçməsidir.
Cəmiyyət Ramiz Mehdiyevə pis idarə etdiyi üçün nifrət püskürmürdü. Bu nifrətin səbəbi AMEA-da qurulan sistemin Mehdiyevin adı ilə bağlı olması idi. O, idarəçilik etdiyi bütün sahələrdə ciddi problemlər yaradıb: televiziya, media, akademiya, təhsil, səhiyyə və s. Nə qədər çirkab iş varsa, drijoru Ramiz Mehdiyev idi. Ramiz Mehdiyev kimi mənfur tiplərin qurduğu sistemi dağıdıb, yeniləmək və üzü Avropaya doğru baxmaq lazımdır.
Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli bildirib ki, AMEA-da keçirilən seçkidə səs verənlərin əksəriyyəti şəxsiyyəti qiymətləndirməyi bacarırlar: “Ancaq zənnimcə, AMEA-nın I vitse-prezidenti Arif Həşimov seçilsə, daha ədalətli olar. Çünki o, uzun müddət akademiyada işləyib. Ondan yaxşı namizəd görmürəm. Bu günə qədər akademiyada dəqiq elmlər üzrə nümayəndələr rəhbərlik edib. Ramiz Mehdiyev isə təsadüfi adam idi”.