Azərbaycan daha 17 ölkədən uçuşlara icazə verdi - Siyahı
    • 15-02-2022, 22:00
    • 491

Azərbaycan daha 17 ölkədən uçuşlara icazə verdi - Siyahı

Daha bir neçə ölkənin vətəndaşları hava yolu ilə Azərbaycana gələ biləcəklər.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:

Albaniya Respublikası:

Dominikan Respublikası:

Filippin Respublikası:

Gürcüstan:

Hindistan:

İndoneziya:

İran İslam Respublikası;

Kolumbiya Respublikası:

Moldova Respublikası:

Özbəkistan Respublikası:

Pakistan İslam Respublikası:

Peru Respublikası:

Tacikistan Respublikası:

Tailand Krallığı:

Tunis Respublikası:

Türkmənistan Respublikası:

Venesuela Bolivar Respublikası.