Pensiyalar TAM ÖDƏNİLDİ
    • 15-02-2022, 20:30
    • 612

Pensiyalar TAM ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş pensiyalar ödənilib.

Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.