Bakı, Sumqayıt və Abşeron üzrə PENSİYALAR ÖDƏNİLDİ

Bakı, Sumqayıt və Abşeron üzrə PENSİYALAR ÖDƏNİLDİ
SOSİAL

8-04-2021, 13:03

Mətn ölçüsü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.