Məhkumun elektron bilərziyini alıb pul tələb etdilər
    • 16-02-2022, 11:35
    • 515

Məhkumun elektron bilərziyini alıb pul tələb etdilər

Bakıda məhkuma qarşı quldurluq edən keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 15-də Bakı şəhər sakini B.Zeynalov 2 nəfər tərəfindən döyülüb.

Ədliyyə Nazirliyi tərəfindən onun ayağına taxılmış bilərziyi alınaraq qaytarılması müqabilində pul tələb edilib. B.Zeynalov Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (narkotik dövriyyəsi) maddələri ilə məhkum edilib.

Quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıb.