Bu küçələrin kəsişməsində təmir işləri aparılacaq
    • 16-02-2022, 13:19
    • 418

Bu küçələrin kəsişməsində təmir işləri aparılacaq

Bakının Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində bu gün saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.