Vaksin olunanların SAYI AÇIQLANDI
    • 16-02-2022, 20:40
    • 372

Vaksin olunanların SAYI AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 407 vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 72 163 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 627 370, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 273 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 768 299, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 585 100 təşkil edir.