Vaksin olunanların sayı AÇIQLANDI
    • 2-01-2022, 16:39
    • 639

Vaksin olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə 42 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 285, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 401, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 609, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 275 təşkil edir.