Nazir yük maşınlarının etirazına görə şöbə rəisini işdən çıxartdı? - YENİLƏNDİ
    • 17-02-2022, 13:52
    • 1 630

Nazir yük maşınlarının etirazına görə şöbə rəisini işdən çıxartdı? - YENİLƏNDİ

Bu gün Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət gösətərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevin vəzifəsindən azad eilməsi ilə bağlı xəbər yayılıb.

Yayılan məlumatla bağlı News24.az-a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva bildirib ki, məlum hadisəyə görə heç kim işdən çıxarılmayıb. 

*** 13:05
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.

Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.