-
- 17-02-2022, 13:54
- 984
Bakıda 3,3 milyonu ələ keçirən şəxsdən ŞOK HƏRƏKƏT - Qan içində şəklini göndərdi
Bakıda xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əfsun Əhmədliyə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum olunub.
News24.az-ın məlumatına görə, fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində 1980-ci il təvəllüdlü şəxsə hökm oxunub, həmçinin zərərçəkmişlərin mülki iddiaları təmin olunub.
Bildirilib ki, Ə.Əhmədlinin işi üzrə 4 zərərçəkən şəxs var.
İttiham aktına əsasən, Ə.Əhmədli cinayət işi üzrə zərərçəkmişlərə özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edərək xüsusilə külli miqdarda dələduzluq edib.
İstintaq materiallarında qeyd edilir ki, o, zərərçəkmişlərin bəzilərinə İrandan Azərbaycana şam ağacı idxal və satışını təşkil emək, toyuq budu idxal edib Çində satmaq, borc pul alıb qaytaracağı və digər vədlər verib. Daha sonra Ə.Əhmədli verdiyi vədlərə əməl etməyib.
Zərərçəkənlərdən biri Əfsunun ona məxsus restoranı işlətdiyini, özünü işgüzar, bacarıqlı şəxs kimi göstərdiyini və bizneslə məşğul olmaq üçün bir neçə dəfə borc pul aldığını bildirib. lakin daha sonra həmin pullar geri qaytarılmayıb.
Digər zərərçəkmiş olan qadın biznesmen isə Əfsunun onun qohumunun müalicəsinə can yandırdığını və etibarını qazandığını, ona faizlə pul verdiyini, lakin sonradan külli miqdarda pulu geri qaytarmaqdan boyun qaçırdığını deyib. O, əlavə edib ki, Ə.Əhmədlidən pulunu geri istədikdə o, qan içində olan fotosunu gönərərk vəziyyətinin yaxşı olmadığını bildirib.
Qeyd edilib ki, təqsirləndirilən şəxs həmin şəxslərdən ümumilikdə 3 378 837 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Ə.Əhmədlinin barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.