Kənar müdaxilələr və itirilmiş qazın bərpası ilə bağlı qanun layihəsi müzakirə edilir
    • 18-02-2022, 11:38
    • 389

Kənar müdaxilələr və itirilmiş qazın bərpası ilə bağlı qanun layihəsi müzakirə edilir

"Azəriqaz İB" tərəfindən hər il yenidənqurma işləri aparılır. Əsas məqsəd mövcud şəbəkələrin yenilənməsi və qaz sızmalarının aradan qaldırılmasıdır". 

News24.az-ın məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

O bildirib ki, kənar müdaxilələrin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının da dəstəyindən istifadə olunur:"Kənar müdaxilələr və itirilmiş qazın bərpası ilə bağlı Milli Məclisdə qanun layihəsinin müzakirələri gedir. Bu qanun qəbul edildikən sonra itirilmiş qazın bərpası daha asan olacaq".