-
- 21-05-2020, 11:23
- 798
"Azəriqaz" bayram günlərində bu rejimdə İŞLƏYƏCƏK
"Azəriqaz" İstehsalat Birliyi Ramazan bayramındakı qeyri-iş günlərində müştəri xidmətlərinin göstərilməsini davam etdirəcək.
"Azəriqaz" İB-dən News24.az-a verilən məlumata görə, may ayının 23-dən sonra “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bayram həftəsi ərzində işləmədiyi üçün Birlik müştəri xidmətlərini qeyd edilən tarixlərdə (24, 25, 26, 27, 28, 29 və 30 may) Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim edəcək.
Bayram həftəsində abonentlərin aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq: itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi.

"Azəriqaz" İstehsalat Birliyi Azərbaycan xalqını qarşıda gələn Ramazan bayramı münasibətilə təbrik edir!