-
- 16-03-2020, 15:23
- 919
“Azəriqaz" bu xidmətləri xüsusi rejimdə göstərəcək
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması tədbirləri, eləcə də insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyələr nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin fəaliyyətində martın 15-dən 20-dək məhdudlaşma aparılıb. Müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz" İstehsalat Birliyi də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir.
“Azəriqaz”dan News24.az-a verilən məlumata görə, həmin xidmətlər itirilmiş və ya zədələnmiş smart kartların bərpası; yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi; qüsurlu ödənişlərin bərpası; smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi; koda düşmüş kartların bərpası; qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi daxildir.
Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.