Yevlaxda qəza - traktor 9-cu sinif şagirdini vurub qaçdı
    • 3-12-2018, 12:20
    • 903

Yevlaxda qəza - traktor 9-cu sinif şagirdini vurub qaçdı

Yevlaxda yol qəzası baş verib.

Hadisə rayonun Qoyunbinəsi kəndi ərazisində baş verib. Naməlum sürücü idarə etdiyi traktorla kənd sakini, 2003-cü il təvəllüdlü, 9-cu sinif şagirdi Zeynalov Zabit Adil oğlunu vurub hadisə yerindən qaçıb.

Yaralı ağır kəllə-beyin travması ilə ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.