Azərbaycanlı deputatlar artıq İrəvandadır
    • 21-02-2022, 13:01
    • 416

Azərbaycanlı deputatlar artıq İrəvandadır

"Azərbaycanlı deputatlar "Avronest" Parlament Assambleyasının iclasında iştirak etmək üçün çox güman ki, artıq Yerevandadırlar".

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın "Avronest"dəki nümayəndə heyətinin rəhbəri, “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Mariya Karapetyan deyib.

"Dəqiq deyə bilmərəm, amma səhv etmirəmsə, hazırda azərbaycanlı deputatlar Yerevanda olmalıdırlar... Deputatlardan biri bitərəf, ikincisi isə hakim partiyanın nümayəndəsidir" deyə Karapetyan bildirib. 

O deyib ki, erməni deputatlar hələ də onlarla ünsiyyəti olmayıb: "Erməni parlamentarilərin xarici həmkarları ilə ünsiyyət qurduqları kimi, Azərbaycan tərəfi ilə təmasları ola bilər. Ən azından onlarla bir məkanda olacaqlar".