-
- 22-02-2022, 11:05
- 438
Ötən il qeydiyyata alınan narkotik istifadəçilərinin sayı açıqlandı
Ötən il qeydiyyata alınan narkotik istifadəçilərinin sayı açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov məlumat verib.
O bildirib ki, əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur: "Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib.
Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır. Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb. Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb".