Deputatımız İrəvanda çağırış etdi
    • 22-02-2022, 11:40
    • 508

Deputatımız İrəvanda çağırış etdi

Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatı davamlı sülh və gələcək iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili İrəvanda “Avronest” Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

“Qlobal təhlükəsizliyə gəldikdə isə bizim 3 istiqamətimiz var. Birinci istiqamət – hər birimiz öz ölkəmizdə sağlam təhlükəsizlik sistemi qurmalıyıq. İkinci istiqamət – bölgədə, qonşularla mehriban münasibətlər qurmaqdır, bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Üçüncü istiqamət – Cənubi Qafqazdakı ölkələr bir-birilərinin müxtəlif geosiyasi maraqlarını nəzərə alaraq, ortaq maraqlar çıxarmalıyıq. Bunun üçün ilk növbədə, mehriban münasibətlər qurmalıyıq”, - o bildirib. /Report/