-
- 8-08-2020, 11:09
- 494
"Azərbaycanda addım-addım yumşalma prosesi reallaşacaq" - Şahmar Mövsümov
"Azərbaycanda addım-addım yumşalma prosesi reallaşacaq".
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib:"Bizim ən vacib qarşımızda duran məsələ yoxumanın sürətini aşağı salmaqdır. Burada üç istiqamət var. Birinci istiqamət karantin rejiminin qaydalarına riayət etməkdir. İkinci istiqamət həmin qoyulan tələblərə nəzarətin həyata keçirilməsidir. Bunun da yükü hökumətin üzərinə düşür. Bu istiqamətdə də çox ciddi adımlar atılacaq. Bu gün bu barədə böyük bir iclas keçiriləcək. Üçüncü istiqamət isə yoluxanların erkən müəyyən edilməsi və erkən tədbirlər görülməsidir. Bu üç istiqamətdən ən önəmlisi birinci istiqamətdir. Hər birimiz qaydalara riayət etsək, virusun yoluxma tempi azalacaq və yumşalma prosesinə rahat gedəcəyik. Yoluxma artarsa, məcburi şəkildə qaydalar sərtləşdiriləcək. Bu yumşalmaları bizdə qələbə və virusun yox olması kimi qəbul edilir. Bu, düzgün yanaşma deyil. Elə bir ölkə yoxdur ki, bu virusla mübarizə edilməsin. Heç bir ölkə bu virusa tam qalib gəlməyib. Biz karantin rejimi sayəsində sayı aşağı salmağı bacarmışıq. Bu gün bizim əziyyətlə əldə etdiyimiz nailiyyəti qorumalıyıq".
Məhərrəm Əliyev