Ərdoğan Rusiyanın “DXR” və “LXR”-i tanıması haqda:
    • 22-02-2022, 14:34
    • 575

Ərdoğan Rusiyanın “DXR” və “LXR”-i tanıması haqda: "Qəbuledilməzdir"

"Qərarı qəbuledilməz hesab edirik. Tərəfləri sağlam düşüncəyə və beynəlxalq hüquqa riayət etməyə çağırırıq. Qara dəniz ölkəsi olduğumuz üçün çoxlu ehtiyat paketləri yaradılmalıdır. Biz bu tədbirləri görürük və həyata keçirmişik”.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Donetsk və Luqanskın tanınması ilə bağlı qərarına münasibət bildirərkən deyib.