"Rusiyanın Zəngəzur dəhlizini gecikdirmək niyyətində olduğunu düşünmürəm" - Ərdoğan
    • 17-06-2021, 14:31
    • 700

"Rusiyanın Zəngəzur dəhlizini gecikdirmək niyyətində olduğunu düşünmürəm" - Ərdoğan

"Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyik".

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri həmçinin Zəngəzur dəhlizi ilə bağlı da danışıb: "Rusiyanın Zəngəzur dəhlizi məsələsində prosesi gecikdirmək niyyətində olduğunu düşünmürəm. Əksinə, düşünürəm ki, bu layihəni reallaşdırmaq istəyindədirlər".