“Mübahisələr olsa da, razılaşmalar var”- Putin
    • 22-02-2022, 16:54
    • 412

“Mübahisələr olsa da, razılaşmalar var”- Putin

"Mübahisələrə və problemlərə baxmayaraq, Cənubi Qafqazda ticarət-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişafı ilə bağlı artıq müəyyən razılaşmalar əldə olunub".

News24.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Mübahisələr, həmçinin görüləcək işlər var. Lakin biz prosesin sülh yolu ilə getməsi üçün hər şeyi edəcəyik. Ticarət-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişafı ilə bağlı artıq müəyyən razılaşmalar var" - deyə Putin vurğulayıb. 

Qarabağ mövzusuna toxunan Rusiya başçısı bu sahədə problemlərin qalmasına baxmayaraq, regionda əhalinin təhlükəsizliyini təmin etmək üçün müəyyən razılaşmaların əldə olunduğunu da deyib.