-
- 15-04-2021, 16:19
- 771
ABŞ Rusiyaya sanksiya tətbiq etdi - Diplomatlar ölkədən çıxarılır - SON DƏQİQƏ
ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
News24.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Xüsusilə ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 işçisini ölkədən çıxarır. Bundan əlavə, Amerika Birləşmiş Ştatları şirkətlərinə Mərkəzi Bank, Milli Sərvət Fondu və ya Rusiya Federasiyası Maliyyə Nazirliyi tərəfindən buraxılan Rusiya borc qiymətli kağızlarını birbaşa almağı qadağan edir.
Həmçinin ABŞ Rusiya Xarici Kəşfiyyat Xidmətini "SolarWinds"ə edilən kiberhücumdan məsul bilir.
ABŞ Maliyyə Nazirliyi Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə qarşı da sanksiya tətbiq edib.