Azərbaycanlı müğənni 8 yaşlı qızı əməliyyat etdirdi: Ayağına protez qoyuldu
    • 3-12-2018, 16:40
    • 1 204

Azərbaycanlı müğənni 8 yaşlı qızı əməliyyat etdirdi: Ayağına protez qoyuldu

Tanınmış müğənni Səbinə Əskərova 8 yaşlı Leylanın əməliyyat etdirib. 

Bu haqda məlumatı jurnalist Hacıbəy Heydərli verib.
 
O bildirib ki, Leylanın əməliyyatı uğurlu keçib: "Yadınızdadırsa, təqribən 2 ay öncə Leyla balamızın qəza keçirməsini və nəticədə bir ayağının amputasiya olunması haqda xəbər yayımlamışdıq, ailəsinin imkanı olmadığına görə uşağa protez qoyula bilmirdi. Xəbərdən sonra dəyərli dostumuz Sabinə Əskərova Leylanın bütün müalicəsini, əməliyyatını, protez xərclərini öz üzərinə götürmüşdü. O bu işə 12 min manat vəsait ayırdı. Bu gün Leyla uğurlu əməliyyat keçirdi və protezi de Almaniyadan gəldi və sınaq keçirildi. Leyla heç bir ağrısının olmadığını dedi. 

O bildirib ki, Leyla tezliklə ayağa qalxacaq: "Allahın köməyi ilə o qısa müddətdə gəzə biləcək hətta velosiped də sürə biləcək. Mənə görə həyatda bir uşağı, bir ananı sevindirməkdən böyük mükafat yoxdur. Bu işdə yardımçı olan hər kəsə başda isə Səbinəyə təşəkkür edirəm. Yaxşı ki, varsınız, yaxşı ki, insanlıq ölməyib". 

Qeyd edək ki, Leylanın anası  açıqlamasında demişdi:  "Bu hadisə 4 ay əvvəl baş verib. Atam 4 nəvəsini avtomobillə aparırmış. Bu zaman yol polisi avtomobili qovmağa başlayıb, atam da avtomobili saxlamayıb və qarşısına it çıxıb. O da iti vurmamaq üçün maşını qaçırıb və qəza törədib. İnanın ki, bu hadisədən sonra hələ də özümə gələ bilməmişəm. Bilmirəm atamı günahlandırım, yoxsa onu qovan yol polislərini mi? Atama da həmin dəqiqə hansısa sənədə qol çəkdiriblər ki, guya yol polisinin səhvi olmayıb. Hadisədən sonra 8 yaşlı qızımın ayağı amputasiya olundu. O yeriyə bilmir".
 
Bu xəbərdən sonra müğənni Səbinə Leylanın müalicə xərclərini öz üzərinə götürüb. //Azxeber.com