-
- 23-02-2022, 14:58
- 1 074
Bakıda beynəlxalq konfrans keçirilir - Fotolar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans başlayıb.
News24.az xəbər verir ki, tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəsmiləri, diplomatik korpus nümayəndələri, millət vəkilləri iştirak edir.
Tədbir Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə videoçarxın nümayişi ilə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirildiyini, bu paketlər üçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olduğunu bildirib.
S. Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3 dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70%, ümumi sosial xərclərin 2,5 mlrd. manat artdığını diqqətə çatdırıb.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri Almas Kurmanova videomüraciətində və Assosiasiyanın direktoru Yevgeni Ametov çıxışında, həmçinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının Baş katibi Marselo Abi-Ramia Cayetano videoformatda salamlama nitqində sosial sahədə qarşıya çıxan yeni çağırışlara uyğun sosial təminat islahatlarının zəruruliyini və bu sahədə ölkələr arasında qarşılıqlı faydalı əmıəkdaşlığın vacibliyini vurğulayıblar. Hazırkı konfransın da bu baxımdan əhəmiyyətini qeyd ediblər.
Sonra DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov son illərdə Azərbaycanda sosial müdafiə proqramları, sosial təminat sahəsində aparılan islahatlara dair təqdimat edib.
Konfransın gündəliyində Qazaxıstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistandan olan nümayəndələrin ölkələrində sosial təminat, həmçinin sosial sığorta və pensiya təminatı sahələrində aparılan islahatlara dair təqdimatları, müzakirələr və təcrübə mübadilələri, habelə konfrans iştirakçılarına Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanlarının təqdim edilməsi də nəzərdə tutulub.