-
- 23-02-2022, 20:30
- 1 022
Gənclər və idman naziri könüllülük sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə görüşdü
Fevralın 22-də gənclər və idman naziri Fərid Qayıbov könüllülük sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə görüşüb.
News24.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, 16 könüllü təşkilatın təmsil olunduğu görüşdə könüllülərlə işin təşkili, könüllülük fəaliyyətinin cəmiyyətdə təbliği məsələləri müzakirə edilib.
Təşkilatların nümayəndələri fəaliyyətləri barədə məlumat verərək bu sahədə maarifləndirmə prosesi, gənclərin maraqlarına, eləcə də şəxsi inkişaflarına xidmət edən təşəbbüs və layihələrin dəstəklənməsi barədə təkliflər irəli sürüblər.
Həmçinin könüllülük hərəkatının genişləndirilməsi istiqamətində nazirliklə ictimai birliklər arasında əməkdaşlığın daha da gücləndirilməsinə dair müzakirələr aparılıb.